Muzafferus
Staj günlükləri
Staj günlükləri · 12.09.2018

45. Otuz birinci gün

Bu günkü iş günüm necə keçdi? Gün spinner üzərində işləməklə başladı. (https://stackoverflow.com/a/21178075/4879035), spinneri də ilk dəfə idi ki qururdum. Əvvəl linearLayout…

Bu günkü iş günüm necə keçdi? Gün spinner üzərində işləməklə başladı. (https://stackoverflow.com/a/21178075/4879035), spinneri də ilk dəfə idi ki qururdum. Əvvəl linearLayout içərisinə spinner əlavə etdim, ardından həmin layoutu-klikləyərkən spinnerin açılmasını aktivləşdirdim (https://stackoverflow.com/questions/38673832/how-to-open-a-spinner-with-one-click-when-another-spinner-is-open). String array qrub spinnerə set elədim (https://stackoverflow.com/questions/47690279/how-to-set-the-value-and-text-in-a-spinner-from-a-string-list). Ardından spinnerin açılan pəncərəsi üzərində edit edib uzunluğun azaltdım (https://stackoverflow.com/questions/20597584/how-to-limit-the-height-of-spinner-drop-down-view-in-android). Nəsə xoş görünmürdü, özüm düzəldəsi oldum custom olaraq. (https://abhiandroid.com/ui/custom-spinner-examples.html). Sora onu təzdən qurmaq, test eləmək falan, dizayn olaraq xoşuma gəlmədi, axırda uyğunlaşdırmışdım ki android studio gördüm başladı özünü dəli kimi aparmağa. Söndürdüm qaçdım, iş saatı bitmişdi. Sabah o spinneri çiy-çiy yeyəcəm (daha doğrusu çiy çiy büyün yedim, həzm edəmmədim, sabah bişirib yeyəcəm).

Belə.

Şərhlər

Gözlə…