#5. Bu gün nə öyrəndim – 2022.11.13
Dünən bir günlük istirahət etdik, planlayıram ki 6-cı günləri həftədə bir dəfə istirahət günü kimi təyin edib umiyyətlə komputeri açmayım. Maraqlı idi. Bu gün isə öyrənməyə…
Dünən bir günlük istirahət etdik, planlayıram ki 6-cı günləri həftədə bir dəfə istirahət günü kimi təyin edib umiyyətlə komputeri açmayım. Maraqlı idi. Bu gün isə öyrənməyə davam. Bolca oxunası qısa-qısa məqalələr var.
1. Git və Github. Bilirəm, 4 ildi git istifadə edirik, github olsun, gitlab olsub, aws cloud olsun, bitbucket olsun - hər biri ilə müəyyən dövrlərdə işləmişəm və demək olar hamısının işləmə mexanizmləri çox yaxın, əlaqəlidir. Sadəcə bir discord kanalında olan bütün yazıları bir bir oxumağa çalışıram, sırada bu yazı idi deyə oxudum, köhnə biliklərimi təzələdim. Bura ciddi bir detal əlavə etməyəcəm. İstəyən bu yazıya göz ata bilər.
2. Android RecyclerView Animations in Kotlin Recyler list istifadə edərkən bəzən animasiyalardan da istifadə etməyə ehtiyac duyuruq. Burada əsas animasiyaları xml kodlarda təyin edib adapterdə set eləmək üzərindən bir neçə fərqli formada animasiya göstərmək qeyd edilib. Əsas odu siyahı gələndə qəşəng gəlsin. Bunu mənbə kimi buraya qeyd edirəm, lazım olduqca təkrar təkrar baxa bilmək üçün.
3. Kotlin ilə Notification Qısaca androiddə kotlin ilə necə notification yaradacağımızı türkcə izah edib, hazır kodlar göstərilib. Bu mövzuda anlayışı olmayanlar üçün qısaca göz atmağa dəyər deyə düşünürəm. Buradan oxuya bilərsiniz.
4. Kotlin Namespace-lər Həmişə kod yazarkən çox şeyin üstündən keçib gedirik, dərinliklərinə inmirik, amma bəzən bunlara baxmağa ehtiyac var. Misal üçün xml-lərdə kod yazarkən üçün söz tez tezt qabağımıza çıxır. "app:", "android:" və "tools:". Onlar nədir və nə üçün istfifadə edilir, gəlin birlikdə bu məqalədən oxuduqlarımızı yekunlaşdıraq.
Namespacelər xml fayllarında istifadə edilir və buradakı kodların hansı resource-dan gələcəyini təyin edir. linklərini (url-ləri) qeyd etməsək bu namespacelərə gedib çata bilmərik. Bunlar nələrdir və nə üçün istifadə edilir:
app - Android üçün yazılmış dəstək kitabxanalarından və ya özünüz təyin etdiyiniz xüsusi funksiyalardan istifadə etmək üçün istifadə olunur. android - Android SDK-larının xüsusiyyətlərindən istifadə etmək üçün istifadə olunur. tools - Əsasən emulyatoru işə salmadan necə görünəcəyini görmək üçün istifadə olunur. Kodun əhəmiyyəti yoxdur. Beləliklə, Run time da işləmir.
Gözlə…