Muzafferus
Staj günlükləri
Staj günlükləri · 18.09.2018

51. Otuz beşinci gün

Günə bug fix ilə başlayırıq. "Read more" üstünə clikləyərkən textin tamamı görünsün. Xatırlayırsız, 2-3 həftə əvvəl ya nə belə bir şey etmişdim. XML-də textView üçün maxLines…

Günə bug fix ilə başlayırıq. "Read more" üstünə clikləyərkən textin tamamı görünsün. Xatırlayırsız, 2-3 həftə əvvəl ya nə belə bir şey etmişdim. XML-də textView üçün maxLines əlavə edirsən sonra buttonla (View ilə) onu java tərəfdə dəyişdirirsən. Eyni yol.

Komputeri format elədiyimi bilirsiz, əvvəl puling işlədirdim wifi connection üçün bu səfər kiçik bir axtarış etdim görüm cmd ilə edə biləcəm. - Axtarış elədim, bir iki yerə baxdım, əlimə-üzümə bulaşdırdım. Qoydum yarımçıq. Sora baxaram deyə. (https://medium.com/@funshofab/connect-device-to-android-studio-over-wi-fi-aaf02820d080)

Qayıtdım read more məsələsinə, bol-bol mənbələrə baxdım, Line-ın sayını necə götürəcəm (https://stackoverflow.com/a/32340660), Stringi RecycleView-da resus-dan necə götürəcəm (https://stackoverflow.com/a/42468153). Aləm dəydi bir-birinə. Günüm ona uçdu getdi. Ortada da heşnə yox. Təxirə saldım getdi. Əlimdən bir iş gəlmir. Lənət olsun. Belə olmaz dedim, gözəl bir insanla danışıbbiraz enerji aldım, ardıncada Codefiction podcastlarından birini qoşdum, motivasiyamı da alıb başladım işə. O LineChar var idi ey. onun üstünə layout əlavə eləmək lazım idi, layouta kliklənəndə BottomSheet açılmalı, gün seçilməli, seçilən gün qədər sadəcə qrafikdə line-lar görünməli idi. Onu hazırladım, göstərdim. Push elədim getdi. Pəh!

Bu gündə belə.

Şərhlər

Gözlə…