52. Otuz altıncı gün
Günə sürətli şəkildə və bir növ pomodoro texnikasını işlədərək başladıq.
Günə sürətli şəkildə və bir növ pomodoro texnikasını işlədərək başladıq.
İlk iş dünəndən qalan read more məsələsini düzəlmək idi. Ağlıma gəldiki maxLines-100 versəm, maksimum nə qədərdisə text helə olacaq da, dedim qoy onu yoxlayım (https://stackoverflow.com/a/41251797). O alındı, onla başladım eləməyə, həll elədim. Dünən niyə axı ağlıma bu gəlmədi? Boş yer getLayoutCount üzərində ilişib qaldım - 6 saata yaxın vaxtım uçdu getdi. O əla. Sora da deyildi ki, onu elə elə ki, birini açanda digərləri bağlansın. Həə. Başladın onu eləməyə. Onu elə-bunu elə. Axırı bir şey ortaya çıxdı kiçik bir bug ilə birgə. Üç dəfə klikləyərkən alınır proses. Nəsə o qaldı. Onu push elədik getdi, uşaqlardan başqa biri edəcək onu həll. (qurduğum cümlə kimi kod yazıram).
Sonra kiçik bir dizayn dəyişikliyi lazım olan səhifəyə keçdim, sağa çək-sola çək faalan. Bir dənə də stringə format ver 0.00 olsun. Stringə yox ha, double-a format ( https://www.mkyong.com/java/java-display-double-in-2-decimal-points/ ). Dizayna da əl gəzdirdim - Constrant Layout çox maraqlıdı - xml-də "Design" tərəfdə işləmək, mütləq yoxlayın. -Hə, onu tamamladım. Push elədim getdi.
Keçdik növbəti - sadə bir fragment düzəltməyə. Delete Account səhifəsi hazırladım. İş bitişinə çox var idi, ardınca digər səhifəki api-ları da çəkib gətirdim?. Push elədik getdi.
Günün başlanğıcı uzun vaxt itkisi ilə getsədə, sonu yaxşı qurtardı. Xeylaq iş gördük (daha çox ola bilərdi). Belə.
Gözlə…