54. Otuz səkkizinci gün
Bu günkü gün necə keçdi? Əslində maraqlı oldu. Bu gün bir əsas hədəfim vardı: Youtube videosu görüntüləmə (ki yadına gəlirsə bunu ayrıca modul kimi hazırlamışdım), xüsusi…
Bu günkü gün necə keçdi? Əslində maraqlı oldu. Bu gün bir əsas hədəfim vardı: Youtube videosu görüntüləmə (ki yadına gəlirsə bunu ayrıca modul kimi hazırlamışdım), xüsusi vektorlarla progress bar hazırlamaq (ki, yadına düşürsə buna aid də bir nümunə tapmışam). Hə.
İlk iş youtube videosu üzərində oynamaq oldu. Orda ən əsas məsələ videonun ümumi uzunluğun öyrənmək; və istifadəçi videoya baxarkən neçənci dəqiqədə və saniyədə olduğu məlumatını almaq idi. Onu həll elədik; faizə çevirdik (o faizlər mənə sora prpgress bar üçün lazımdı). Video fullScreen. O da tamam. Durduq getdik günorta yeməyinə. Çox super bir yemək yedim, çox minnətdar qaldığım gözəl insanla (xüsusi təşəkkürlər). Ardınca işə qayıtdım.
İndi ikinci hissə, gəlsin progress barımız. İcon-umuz svg formatında yükləndi. Ardınca da çevirdik vektora, içi boş - içi dolu; hop iki kopya. Onları qoyduq. İndi orda aləm dəyib bir-birinə axı. Çoxlu dəyişən var. Onların da üzərindən keçdik. Səliqəyə saldıq. Hər şeyi bağladıq bir-birinə.
Saat 6 tamam. Bir ədəd run: sənət əsəri. Pəh! Error.
Zarafat edirəm. Tam istədiyim kimi oldu. Super. Push elədim getdi. Bunu bizim o əsas layihəyə digər əfndi implement edəcək. Orda listə salmaq lazımdı sadəcə. Yaxşı olacaq. Bu gündən, bu həftədən də bu qədər.
Həftə sonu bekar qalmayaq (blog yazısı gözləmə).
Bu qədər. Link falan yoxdu. Köhnə yazılarda qoymuşam.
Gözlə…