Muzafferus
Staj günlükləri
Staj günlükləri · 24.09.2018

57. Otuz doqquzuncu gün

Hə. Bu günkü iş günüm necə keçdi?

Hə. Bu günkü iş günüm necə keçdi?

Keçdi ki? Hansı iş? Xəstələnmişdim, ayağa zorla qalxırdım, asqırmaqdan bezmişdim. Burnum, of.

Uşaqlara xəbər elədim, məlumat verdim ki, ofisə gələ bilməyəcəm, bu vəziyyətdə daha da onlara xəstəlik yayacaqdım.

Tam gün (8 saat) olmasa da ən azından yarım gün işləmək istəyirdim.

Günorta yeməyindən sonra işə başladım. Sayğacla birgə. İşlə məşğul olmayanda sayğacı dayandırırdım.

Bu gün bir task yerinə yetirdim sadəcə, o da bir xeyli vaxtımı aldı. Bizim bu qrafik var idi ey, çəkini göstərən, onun digər tərəfi boş rəqəmlər idi, onu qaydaya salmaq lazım idi. Çəki göstəricilərini yana, digərləri aşağı çəkmək, aşağı hissədə zamanı göstərmək lazım idi. Kənara çəkdiyimin də rəngini digərinə uyğunlaşdırmaq lazım idi.

Bu gün elə bütün vaxtım ona getdi. Dediklərimi elədim, testlər elədim, commit elədim, məlumat verdim, push elədim getdi.

Bütün proseslərdə fasilə edərkən, sayğacı dayandırırdım.

Tam 3 saat 40 dəqiqə vaxt sərf eləmişdim. Sora 20 dəqiqəni də tamamladım, trelloya yerinə yetirdiyim tapşırığı qeyd edib, kodlara baxıb. Nəticə etibari ilə, 4 saat, yarım iş günü işləmişdim.

Bu gündən də bu qədər. Sabah ofisə gedəcəm.

Ən kiçik bir view belə bəzən həddindən çox vaxt alır. Sora bir tədbiqetməni alıb əlimizə: "bunu nə var ki düzəltməyə", deyirlər. Deməsinlər. Developerə hörmətsizlik etməsinlər.

Zarafat edirəm, desinlər, gülsünlər, kef eləsinlər. Belə.

Şərhlər

Gözlə…