58. Qırxıncı gün
Bu günkü iş günüm necə keçdi?
Bu günkü iş günüm necə keçdi?
Desəm yenə "youtube/video progress bar", çox bezdirici olacaq helə? Olsun. Keçən dəfə onu fərdi şəkildə kənarda düzəltmişdim. Sadəcə bir progress bar və ona uyğun video açılması, faizin hesablanıb geri qaytarılması falan. İndi onu əsas layihədə recyleView daxilində eləmək lazım idi. Bütün günüm ona getdi. Kodları uyğunlaşdırmağa. Mərhələ-mərhələ alındıqca müsbət enerji verir. Amma birəz yorğun idim xəstəliyim tam sağalmamışdı deyə. Ona görə də boş yerə 2 saat itirdim. Adres (url) ötürməli olduğum yerdə id ötürürəm, string almalı olduğum yerdə int gözləyirəm. Ona görə də 2 saat axtarışa getdi vaxtım. Heçarda da error falan yoxdu. Ona görə də qalırsan belə.
Nəticə yaxşı oldu. List şəklində kamera icon formatlı progress barlarımız var; hər birini klikləyəndə müvafiq video açılır, geri qayıdanda progress bar neçə faizi bitdiyini göstərir. Əla. Sabaha kiçik bir hissə qaldı, təkrar basıb həmin hissəyə davamına baxmaq (təzdən başlamasın). Heşzad. Bu günlük belə.
Gözlə…