Muzafferus
Staj günlükləri
Staj günlükləri · 27.09.2018

60. Qırx ikinci gün

Bu gün məncə həqiqətən rəngarəng keçdi.

Bu gün məncə həqiqətən rəngarəng keçdi.

Əvvəl kiçik bir editlə günə başladım. 5.23 tipli bir yazını 5.2-yə çevirmək lazım idi. Əvvəldə onu 5.2321-dən 5.23-ə elə mən çevirmişdim (DataFormatter işlədərək), ordan "#"-in birin sildik oldu tamam. Push. Done.

Başqa bir səhifədə oxşar progressBarlardan biri hazırlanası idi, ona da bir əl atıb, tamamladıq. Push elədik getdi.

Ciddi işlərə başlamaq lazımdı. AddımSayarı implement eləmişdim. Onun SharedPreferences-lərinə əl gəzidirdim. Sonra addım sayanın göstərilməli olan səhifələrdə həmin sayını set elədim. Bu da tamam. Sonra da araşdırdım, axtardım ki, telefonu söndürüb yandırandan sora servisi necə aktiv edim (app açılmasa belə). Tapdım. (https://stackoverflow.com/a/7690600)  Elədim, ardınca Push. Done.

Belə. Bu günlük də bu qədər.

Şərhlər

Gözlə…