Muzafferus
Staj günlükləri
Staj günlükləri · 01.10.2018

64. Qırx dördüncü gün

Bu günkü iş günü bərbad keçdi. Günü 2 mövzu üstündə işləyib sadəcə birin həll edərək tamamladım.

Bu günkü iş günü bərbad keçdi. Günü 2 mövzu üstündə işləyib sadəcə birin həll edərək tamamladım.

Belə ki əvvəl pull edib əlimdəki kodları ən son versiya elədim, ardından run edib telefonu da test etmək üçün hazırladım. Bug-lar siyahısın açdım.

İlkin olaraq Visible və ya Gone olan iki hissə var, orda kiçik bir parça var ki seçimdən asılı olmayaraq görünən eləməki idim. Günorta yeməyinə qədər bitirmiş, test edib push etmişdim.

Günotadan sonra youtube videosu üzərində işləməyə başladım. Əvvəl mən kiçik ekranda (portret) custom player qurmuşdum. İndi onun fullscreen versiyasına oxşar bir şey düzəltmək lazım di. Məsələ odu ki, aşağıdan edəndə iki dənə (videonun və özümün qoyduğum) progress bar (videonunku progress, mənimki seekBar) yaranır. Dizayn pis görünür. Üstüstə də qoyanda video play olunmur. Öz özünə döngüyə girir və start-stop olur; video başlayammır.

Elə bütün qalan vaxtım da bunları test edib, şahid olmağa getdi. Hələki ortada heçnə yoxdu. Beləcə boşa keçdi günüm.

Belə.

Şərhlər

Gözlə…