Muzafferus
Staj günlükləri
Staj günlükləri · 03.10.2018

66. Qırx altıncı gün

Bu gün.. Bu gün yeni bir layihəyə başladım. (Özümə əla portfoylo yığıram desəm yeridir).

Bu gün.. Bu gün yeni bir layihəyə başladım. (Özümə əla portfoylo yığıram desəm yeridir).

İlk işim, splash screene hazırlamaq oldu. O tamam, burada kiçik yeni bir şey öyrəndim, buttona klikləyərək həmin activity-nin xml-ni necə dəyişəcəyimi. (https://stackoverflow.com/a/18393573/4879035)

Sora gəldik bütün günümü aparan, tam bitirə bilmədiyim bir məsələyə.

Digər xml-lərdə eyni bir background işlədiləcək, onu qurmaq lazımdı. Belə ki ekranı ortadan böl, yuxarısı bir rəng/aşağısı bir. Burası tamam, indi yuxarısın alt hissəsin yumurta/ellips formasında içinə əyik olduğunu düşün. Düşünmək belə çətindi, gör onu nətər qururlar?

Əslində, şəkil kimi, vector kimi, hətta kitabxana tapıb onun fonunda yoxladım. Üçü də tamam, əla. Lakin bir məsələ var. Ram.

İndiyə qədər tədbiqetmədə istifadə edilən şəkillərin tədbiqetmınin ümumi yaddaşın tutduğun, hətta böyük həcmdə olduqda tədbiqetmənin crash olduğun bilirdim. Ramda da ciddi yer tutduğun bilmirdim. Android Studionun Android Monitor ilə emulatoru və ya telefonu izləmə pəncərəsindən istifadə etmişdim ama, boş. Bu səfər faydalı şəkildə istifadə edib o şəkil/kitabxana falan dediyim formalar üçün ayrı ayrılıqda ramda nə qədər yer tutduğuna baxdım.

Normalda 20-21 mb ram işğal edən boş səhifə: böyükölçülü şəkillərdə, (həmin böyükölçülü şəkillərin svg ilə çevirilmiş formasında:) vectorda, hətta lib belə istifadə etdikdə 64 mb-a yaxın ramda yer işğal edir. Bu sadəcə background üçündü, gəl indi digər komponemtləri üstünə gəl, zəif telefonları gözünün önünə gətir.

Şəklin ölçüsün (misal üçün 2000dən 500ə) ciddi şəkildə azaldanda çox fərq edir. Helə elədim, 25-26 mb oldu, (20 boş/ 64 böyekhəcmli şəkil). Bir də eyni şəkil svg ilə vectora çevrilmiş formatda adi png şəkil formatından ramda 0.5 mb-a qədər daha az yer tutur.

İşlərimi hələ tamamlamamışam. Burda keyfiyyət də əsasdı, şəklin ölçüsün azaltdıqca keyfiyyəti də itir. Onu da nəzərə almaq lazımdı. Sabaha yekunlaşdıraram ümid edirəm.

Bir də, bu gün ilk dəfə bloguma rəy yazıldı. Həmin bəyə çox dərin təşəkkürlərimi bildirirəm, yazdıqlarımın oxunduğunu bilmək, müsbət rəy almaq çox gözəl bir şeydi. İndən sonra mən də öz məsluiyyətimi artırıb daha faydalı yazılar yazmağa, etdiklərimi başlıq kimi yox daha ətraflı izah etməyə, linklər verməyə çalışmalıyam ki, oxuyanların vaxtı boşa getməsin, onlar üçün də faydalı olsun.

Belə.

Şərhlər

Gözlə…