Muzafferus
Staj günlükləri
Staj günlükləri · 04.10.2018

67. Qırx yeddinci gün

Bu gün nətər oldu danışım.

Bu gün nətər oldu danışım.

İşə dünəndən qalma backgroundu düzəltməklə başladım. Şəklin kiçik bir hissəsin kəsib vektora çevirdim, qalan hissəsin background rəngləri ilə həll elədim. Yeni öyrəndiyim şey constraint layoutun daxilindəki elementi digərlərindən asılı olmayaraq ekranın müəyyən faizi qədər yer tutacağını təyin etmə imkanı. (https://stackoverflow.com/a/50016150/4879035).

Sora keçdik səhifələri hazırlamağa. Belə ciddi bir iş deyildi; qalan bütün günüm demək olar ki bir-birinə oxşayan 4 səhifə hazırlamaqla keçdi. Əslində yarım gün də bəs edərdi. Komputer.. O qədər zəifdi ki, işləmək güc olur. Təcili şəkildə SSD və əlavə RAM almağı düşünürəm.

Belə. Hazırladığım səhifələr asan işlər idi deyə nə araşdırmaya nə bir şeyə vaxt lazım deyildi. Sadəcə bolca yuxarı/aşağı eliyib test eləmək lazım gəlirdi. Nexsus One və Google Pixel 2XL ekranlarına görə test edirəm, android studionun öz imkanları. Biri ən kiçik, biri ən böyük.

Belə.

Şərhlər

Gözlə…