Muzafferus
Staj günlükləri
Staj günlükləri · 08.10.2018

71. Qırx doqquzuncu gün

Bu gün gün biraz gec başladı. Plan qurmaq, keçən həftənin qısa analizi və nələr edilib falan. Günə spinnerlə başladım. İlk işim spinneri başqa yerdən necə çağıracağımızı tapmaq…

Bu gün gün biraz gec başladı. Plan qurmaq, keçən həftənin qısa analizi və nələr edilib falan. Günə spinnerlə başladım. İlk işim spinneri başqa yerdən necə çağıracağımızı tapmaq oldu. Spinneri bir layout içində işlədirəm, yanında da şəkil var. istiyirəm şəkilə də kliklənəndə spinner açılsın. (https://stackoverflow.com/a/2680332/4879035), Onu həll edəndən sonra spinnerdə seçilən itemin index (position) məlumatını almaq üçün Listener istifadə etməliydim, onu araşdırıb tapdım. (https://stackoverflow.com/a/5787857/4879035). Ardınca açılan popub uzunluğu ilə oynamaq lazım gəlir. Onu da kiçik bir axtarışla tapdım. (https://stackoverflow.com/a/29959720/4879035 ), Beləcə spinnerlə işim bitdi. Adapteri hissəsində işi əlimə-üzümə bulaşdırdım, team lead öz öhtəsinə götürdü, yük məndən çıxdı.

Ardınca yeni bir səhifaə hazırlamaq lazım gəldi. Köhnə səhifələrə demək olar ki oxşar idi. Tək yeni olan şey background işlətdiyim drawable üçün border qoymaq lazım idi. Kiçik bir axtarışla onu da tapdıq. (https://stackoverflow.com/a/6700287/4879035 ), Düzəltdik səhifəni push, merge elədik getdi.

Ardınca bütün səyfələrə kiçik bir əl gəzdirmək lazım oldu, marginlərlə paddinqlərlə oynamaq lazım gəldi. Onu qaydasına qoyub push elədim, oldu hazır.

Sonuncu olaraq CountTimeDown var idi keçən səfər işlətdiyimiz, ona bir neçə dəfə sorğu göndərəndə üstüstə düşür, hamısı birdən işləyir deyə problem yaranırdı. Onu cancel eləmək lazım gəlirdi. Onun da yolun tapdım (https://stackoverflow.com/a/40203853/4879035). Push elədik getdi Hazırlaşdıq, yığışdıq, iş saatını başa vurduq. Bu gündən də bu qədər.

Şərhlər

Gözlə…