Muzafferus
Staj günlükləri
Staj günlükləri · 10.10.2018

73. Əlli birinci gün

Bu gün birəz tarazılıq pozuldu, işə gec başlıyıb gec bitirdim. Tam belə ürəyimcə başlamadı ama ürəyimcə bitdi. 4 Fragmentli bottomNavigator düzəltməli idim. Fragmentləri…

Bu gün birəz tarazılıq pozuldu, işə gec başlıyıb gec bitirdim. Tam belə ürəyimcə başlamadı ama ürəyimcə bitdi. 4 Fragmentli bottomNavigator düzəltməli idim. Fragmentləri yaratdım. Dizayn etdim (1-in, hansı ki data olayan vəyətdə görünən formanı, digər hissəsi sabaha.). O navigator üçün hazır navigatorlar var ama tam belə custom olması üçün, idarəetmə tam məndə olması üçün özüm LinearLayoutlar üzərindən yığdım. Günüm ona getdi. Yeni bir şey öyrəndim mi? - Buttom Navigatoru öz əlimlə yığmağı bir daha praktika elədim. Hər şeyi qaydasına qoyub push elədim, digər tərəfdən də marge elədim getdi. Bu günlük bu qədər.

Şərhlər

Gözlə…