Muzafferus
Staj günlükləri
Staj günlükləri · 06.08.2018

8. Altıncı gün

Bu gün. Günə API 19dan aşağısı üçün hazırladığım addım sayanla yuxarısı üçün hazırladığımı birləşdirməklə başladım. Sonra da ora bir ədəd pause/resume düyməsi də əlavə elədik.…

Bu gün. Günə API 19dan aşağısı üçün hazırladığım addım sayanla yuxarısı üçün hazırladığımı birləşdirməklə başladım. Sonra da ora bir ədəd pause/resume düyməsi də əlavə elədik. Sonra 4.4 Kitkat üstü modellər üçün olan hissəni test elədik, marketdə bu sahə üzrə "best" sayılan iki tədbiqetmə yüklədim, üçünü birlikdə test elədim, normal standart kitabxana (Sensor əslində Step_Counter) işlədirik deyə üçü də eyni nəticə verdi. Qısacası tədbiqetmənin bu tərəfi tamamdır.

Ardınca bir ədəd viewPager daxilində olan imageView-in ölçüsü ilə əlaqədar task (tapşırıq) var idi. Onu bitirdim.

Bitirdim deyərkən, bax əsas məsələ də odu. Etməli olduğum dəyişiklik ya xml-dən həmin imageView üzərindən reallaşdırıla bilər (ən asan yolu və əslində etməli olduğum yol bu idi), ya da həmin imageView-i təyin etdiyimiz adapteri tapıb orda dəyişikliyimizi etməli idim. Mən bunu seçdim. (Əslində digərini edə biləcəyim ağlıma gəlmədi). Burda da o adapter-ı tapmaq həddindən artıq çox vaxtımı aldı. Halbuki 5 dəqiqəlik tapşırıq idi. Yarım saatdan çox çəkdi. Nəticədə birirdim.

Sorakı vaxtımı addım sayanımın 4.4dən aşağılar üçün olan hissəsinə yönəltdim. Orda problem var, düzgün saymır. Onun üstündə işləməyə davam edəcəm, bu gün vaxtım çatmadı, sabaha qaldı.

Belə.

Bu gün bəzi şeyləri etməyin bir yox bir neçə yolu olduğunu bir daha xatırladım, kiçik dəyişikliklər də olsa böyük layihələrdə mənim də payım olması xoşdur. Bir də həddən artıq çox vaxt itirirəm, böyük layihələr üzərində işlədiyin üçün. Kodu oxuma, başqasının kodunu anlama bacarıqlarımı (bacarmadığım bu şeyi) inkiçaf etdirməliyəm.

Qısa bir qeyd, Android 9.0 P-nin də adı açıqlandı. (https://www.android.com/versions/pie-9-0/) Bilirəm xəbəriniz yox idi, ehtimal olunan adların içində paxlava da var idi. Lakin adı "Pie" oldu. Xeyirli olsun deyək. Android 9.0 ilə gələn yeniliklərdən ən bəyəndiyim: Tədbiqetmələr üçün Timer qoşmaq funksiyası (Digital Wellbeing) olan bu tədbiqetmədir. Nəyə nə qədər zaman ayırdığını da ölçə bilirsən. (https://wellbeing.google/)

Şərhlər

Gözlə…