86. Əlli səkkizinci gün
Bu günkü günüm necə keçdi?
Bu günkü günüm necə keçdi?
Sürətli komputer, android studio saniyələr çəkir run etməyi. Pəh!.
Günə Shared Preferences integrasiya ilə başladım, tədbiqetmənin bəzi səhifələrinin açılıb-açılmamasını onun üzərində quracağım üçün, təbiqetməyə kənar bir modul kimi əlavə etdim PreferencesManager olaraq.
Ardınca login/logout məsələlərində təkrar giriş etməyin qarşısını alıb birbaşa girişi düzəltdim (bunlar hamısı test data-lardı, API-lara sabahdan keçərik yəqin ki). (https://stackoverflow.com/questions/35035031/in-android-how-to-close-entire-application-with-logout-button)
Sonra səhifənin backgrountunda screen problemi var idi, background şəkili wrap content yox 250 dp verdim, uyğunlaşdırdım, xoşagələn bir formada həll elədim.
Map-in kənarlarına radius vermək lazım idi, iş yoldaşlarımdan soruşdum, biri əvvəl onu eləmiş olduğun dedi, hazır bir class verdi, işlətdiyim fram-i o clasdan törətdiyim view içinə qoydum, məsələ həll olundu.
4 Fragmentim var idi heç biri digərinə uyğun margin/padding edilməmişdi, onalrı qaydasına saldım ki normal görünsün. Sonda da delete/edit iconları əlavə edib, editləri həmin səhifələrə yönləndirdim.
Hər birini ayrı-ayrılıqda push eləmişdim. Sonda da merge elədim tam şəkildə dizaynla işim bitdi. İndi sabahdan ümid edirəm hazır olduqca api-ları qoşmağa başlayaram 13-15 api-dı onları qoşmaq lazımdı. Bir dünya iş var, ümid edirəm bu həftə sonu da işləməklə birinci günə təhvil verə biləcəm. Görək. Belə.
Gözlə…