99. Altmış yeddinci gün
Günə SharedPreferences problemlərimi həll etməyə çalışaraq başladım. Əvvəl bəzi yerlərdə context kimi "MainActivityşthis" ötürdüyüm hissələri "getApplicationContext()" ilə əvəz…
Günə SharedPreferences problemlərimi həll etməyə çalışaraq başladım. Əvvəl bəzi yerlərdə context kimi "MainActivityşthis" ötürdüyüm hissələri "getApplicationContext()" ilə əvəz elədim. Lənət olsun. Sən demə Manifestdə MAIN kimi MainActivity-ni qeyd eləmişəm. Mən də deyirəm, Splash niyə açmır, splayshdakı sharedPreferences niyə işləmir. Lənət olsun. Dünən saatlarım buna görə heyf oldu. Amma tapdım düzəltdim. Davam-davam.
API-lərdə xırda şeyəq qalmışdı, günorta yeməyinə qədər onların üzərində əlləşib onları dəyişdirmişəm, qaydasına qoymuşam, edit səhifələrində data ötürülmələrində problem var idi onları fix etmişəm. Kodları səliqəyə salmağa çalışmışam (Contrl+Alt+L), Log-ları (lazımsız) silmişəm.
Günorta yeməyindən sonra açdıq doc-ları, baxdım bizə lazım olacaq API listlərinə (bu işlədiyim layihənin digər qolu üçün).
Araya salıb popup dialogun uzunluğun da dəyişdim, sora qayıtdım tam şəkildə tədbiqetməni test etməyə.
API-lər falan localdan işləyirdi, onu serverə yerləşdirdilər. Onu test et bunu fix et, belə-helə, saat 6 oldu.
Araya saldım Singleton Patter-ə baxdım ama (https://youtu.be/evkPjPIV6cw). Oxuyun öyrənin, işlədin (https://code.tutsplus.com/tutorials/android-design-patterns-the-singleton-pattern--cms-29153)
Belə bu gündən də bu qədər.
Gözlə…