
Gec oldu
bitibGec oldu, gecə oldu. Kədərin salamı var. Hekayələr, şeirlər, söhbətlər. Gecə söhbətlərimizə xoş gəldiniz.

20.Gec oldu – Ölümün rəngi (söhbət)
29.06.2017 · 6:15Ölümün rəngini tanıdım bu gecə. Tam çatacaqkən qaçdı ovuclarımdan. Tuta bilmədim. Baxdım ardınca. Gecə ki qaaranlığa bürünmüşdü, mən ki göz qapaqlarına çökən ağırlığı yorğunluq yox, kədər sandım. Ürək sancısını əza ağrısı yox, dərd sandım. Deməli hələ də heçnə düzəlməyəcək. Nəyinsə düzəlməsini istəyən varmı ki? Biz nə istəyirik? Niyə istəyirik? İstəklərlə yaşayırıq? – Yox. Deyəsən öz…

18.Gec oldu – Unudulan uzaqlar (söhbət)
15.06.2017 · 7:05Mehmet Erdoğanın Adını Unutan Adam romanını oxuyuram. Bir yandan Sallaqxana №5, digər yandan Metal Fırtına yadıma düşür. Sonda da Orhan Pamukdan Beyaz Kaleni anımsatdı. Burada uzun müddət idi ki, Sallaqxana №5-i təkrar oxumağı niyyətlənmiş olsam da təəssüf ki elə bir imkanım yoxdu. Nədənsə tez-tez qulağıma güllə səsləri gəlirmiş kimi hiss edirəm. Sonuncu dəfə o, əslində…

17.Gec oldu – Evdən uzaqda (söhbət)
08.06.2017 · 3:14Bütün şəhər ovuclarımın içinə dolub. Üfürsəm toz buludu olacaqmış kimi görünür. Yox olacaq. Əliboş qalacam. Heçnəsiz. Qaranlıq bir gecədən elə qaranlığın özü yadığar qalacaq mənə. Bir də yanında səssizlik. Səssizliyi pozacaq bir pianoçu. Keçmiş günlərdən xatirə gələcək. Avqustdan bir gün olacaq sözlərimdə. Təqvim iyunda hansısa bir gününü göstərəndə. Şirin gələcək kədər mənə. Tanış gələcək bu…

16.Gec oldu – Bir səhifəlik qızılgül ətri (hekayə)
01.06.2017 · 3:11Saçlarına sığal çəkən külək vardı. Bir də skamyada əyləşmiş gənc bir qız. Sevdiyi gələcəkdi birazdan. Yenə həmişəki kimi bir qədər gecikmişdi. Ehtiyatlıydı gənc aşiq, kitab götürmüşdü özü ilə, sevgilisini gözləyənədək oxumaq üçün. Nazik barmaqlarıyla tumar çəkdi əlindəki şeir kitabına. Vərəqlədi, oxumağa başladı, ordan-burdan, bir-iki şeir. Öyrəşmək nədir? Alışmaq, qəbul etmək, razı olmaq. Qəlbinin dərinliyindən axan…

15.Gec oldu – Mən bir səfil Saturn (şeir)
25.05.2017 · 1:11Günəşə həsrət Ay var. Ayın dostudur ulduzlar. Qaranlıq bəs nədir? Kədər? Yox əslində. Ayın var oluş səbəbi. Günəşin olmamayışıdır. Qaranlıq. Bu gecənin qaranlığında Kiçik bir ulduz parıltısı lazım. Mən bir səfil Saturn. Ay, ordasan? Hardasan? Bilirəm. Sənin üçün Günəşdir önəmlisi. Amma, gəl gör nə deyirəm. Boş ver onu-bunu. Günəşi-Yeri. Sevgini-dostluğu. Gəl otur, iki kəlmə söhbət…

14.Gec oldu – Otaq (söhbət)
18.05.2017 · 5:28Kədərə, kədərə ismarıc olsun bu. Bizi tapdığı günə. Lənət oxuduğumuz, nifrət etdiyimiz, zəhləmiz gedən bütün hər şey bu gecə bizə gəlsin. Qapım açıqdır, pəncərəm də. Buludlar, ya da kı ulduzlar. Heç birini görmürəm. Mənim pəncərəm divara baxır. Hansısa uydurulmuş bir hekayə var idi. İndicə kirayələmiş evi kirayəşin stolunun üstündəki güldanda belə bir qeyd görür. Əvvəlki…

13.Gec oldu – Kədərin salamı var (VII)
11.05.2017 · 3:14Əvvəlcə pəncərədən dərin hüznlə baxdı çölə. Ürəyi sıxılıb bayıra çıxdı. Biraz ətrafə gəzdi. Bütün diqqətlər bu an onun üzərində idi. O bir hekayə danışmalı, kimlərsə dinləməli idi. Təkrar içəri keçib çay dəmlədi. İki stəkan szüb oturdu masa arxasına. Biri özü-dnışan üçün. digəri dinləyici üçün. Başladı şizofrenik biri danışmağa. Gözünə görünən bütün hər şeyi danışmaq…

12.Gec oldu – Kədərin təbəssümü (hekayə)
04.05.2017 · 2:55Güldürmək? Gülmək istəməyən birini buna məcbur etmək doğru olmaz. Heç bu gecə gülmək üçün də deyil. Bu gecə kədərin gecəsidir. Biz gülməyəcəyik. Üzüntünün bizi necə sardığını görüb kədər gülümsəyəcək. Hiss et! Bütün kədəri hiss et. Özünü gülməyə məcbur etmə. Bu an kədərə aiddi. Sinonim axtarmayacam bu sözə. Bizə sadəcə kədər lazımdır. K-Ə-D-Ə-R. Və sən kədəri…

11.Gec oldu – Kədərin salamı var (VI)
27.04.2017 · 4:20Boş bloknotu vərəqlədi şair.Diqqətlə ağ səhifələrinə baxdı. Bu marağını görən yazıçı sağ əlini işarət barmağı ilə gicgahına sıxaraq, “axtardığın burdadır, hələ çölə çıxmayıb” – dedi. “Min bir əziyyətlə alınmış bir bloknotu niyə istifadə etmirsən?”-dedi şair. Yazıçı bir müddət cavab vermədi. Ağ kağızlar qələminə həsrət qalıb ifadəsini işlədən şairin sərt baxışlarından qurtula bilməyəcəyini anlayıb…

10.Gec oldu – 35 yaş şiiri (şeir)
20.04.2017 · 2:05Yaş otuz beş! yolun yarısı eder. Dante gibi ortasındayız ömrün. Delikanlı çağımızdaki cevher, Yalvarmak, yakarmak nafile bugün, Gözünün yaşına bakmadan gider. Şakaklarıma kar mı yağdı ne var? Benim mi Allahım bu çizgili yüz? Ya gözler altındaki mor halkalar? Neden böyle düşman görünürsünüz, Yıllar yılı dost bildiğim aynalar? Zamanla nasıl değişiyor insan! Hangi resmime baksam ben…

9.Gec oldu – Kədərin salamı var (V)
13.04.2017 · 4:27“ Bir qatar gecənin səssizliyini yarıb keçərkən pəncərələrin birində yazıçının fikrindəki sərnişin var idi. O sərnişin dənizi seyr edirdi. Dənizi düşünürdü. Bir gün böyük bir gəmidə səyahətə çıxmaq arzusu var idi. Bax, axır ki tapdın. Onun da bir arzusu var. “Şair, çox xırdalıqlara ilişirsən” -dedi yazıçı. “O incə nöqtələrdir hər şeyi bir-birinə bağlayan” – deyə,…

8.Gec oldu – Kədərin salamı var (şeir)
06.04.2017 · 1:54Kədərin salamı var Deyir, gələcəm bu gecə Gözlərinə Mənə salam deyərsən Digər hisslərlə sağollaşıb Gecəyə salam deyərsən, Digər insanlarla sağollaşıb Mən səni tək istəyirəm İnsansız, duyğusuz Mən səni istəyirəm Gecənin bir yarı yuxusuz Bir yol get istəyirəm Mənsəbsiz bir çayın Axdığı dənizin sahilindən Ya da bir yuxu ol bütün hər kəs səndə olsun Beyninin içində …

7.Gec oldu – Kədərin salamı var (IV)
30.03.2017 · 4:27“ Kədərin salamı var deyirsən, şair, amma unutduğun bir şey də var. Əgər salam göndərirsə, demək əvvəldən tanıyır. Çox əvvəldən kədər məni tanıyır. Dostuq biz onunla. Gecəm onundur, qaranlığım onundur. O qədər yaxın dostuq ki, onun varlığı xoşbəxtlikdir mənə. Gələcək bu gecə deyirsən. Bu gecə heç bitməyəcək. Uzun bir gecədir. Başqası olsaydı, bəlkə də yüzlərlə…

6.Gec oldu – Gecə oldu (şeir)
23.03.2017 · 1:30Gec oldu Gecə oldu Kədər düşdü Yuxusuz qaldım Qaranlıq da düşdü İşıqsız qaldım Söhbət etdim özümlə Nağıl danışdım Nağılsız qaldım Sənə danışdım hər şeyi Səndə qaldı Gözlədim Çox gözlədim Gec oldu Gəlmədin Mən sənsiz qaldım Gözü yuxulu qaldım Harda qaldım? Harda qaldın? Hardasan? Hansı yolla getdin? Bəlkə ardınca qaçım? Tapa bilərəm yolu? Çata bilərəm sənə?…

5.Gec oldu – Kədərin Salamı var (III)
16.03.2017 · 5:10“Kədərin Salamı var. Deyir gələcəm bu gecə gözlərinə. Mənə salam deyərsən. Digər hisslərlə sağollaşıb, gecəyə salam deyərsən. Digər insanlarla sağollaşıb. Mən səni tək istəyirəm. İnsansız, duyğusuz. Gecənin bir yarısı yuxusuz. Bir yol get istəyirəm. Mənsəbsiz bir çayın axdığı dənizin sahilində. Ya da bir yuxu ol.Bütün hər kəs səndə olsun – beyninin içində. “Sonrası yoxdu?”-deyib, şeirini…

4.Gec oldu – Dumansızam (hekayə)
09.03.2017 · 5:28Mən xoşbəxtliyi dumanda bildim. Əslində hər şey gözlərlə başladı. O gözlər ki, gördü. Bax elə o zaman başladı. Sadəcə gördüyü zaman. Başqalarının əzablarını, kədərini, göz yaşlarını, qorxusunu, nifrətini, yalanını gördüyü zaman. O zaman hiss etdim bir yerlərdə qırıldı bir şeylər. Özü də necə… Elə qırıldı ki, qırıntılar əlimi kəsir. Tək əlimi yox. Bütün bədənim kəsik-kəsik.…

3.Gec oldu – Kədərin salamı var (II)
02.03.2017 · 4:35Yenə başqa bir gecədə səninlə salamlaşmaq nə gözəldir, şair?! Nə qədər kədərlidir ki, gündüzlər biz qarşılaşmırıq,yazıçı. Bilirsən, əslində hər şey “yarım qaldı” kimidir.Sanki bir saniyə əvvəl baş vermiş kimi.Pianoçu indi də piano başında kədərlə səsləyir. Həvəskar yatıb həyətdə.Üstünü örtmüş aşiq yenicə içəri keçdi. Qız hələ də yatıb yuxusundakı yolda.Sənə verdiyim suala gülən dilənçi təzəcə ayrılıb.…

2.Yuxusuz – Gecə oldu (söhbət)
25.02.2017 · 5:22Gec oldu, gecə oldu. Gecə söhbət üçün ən yaxşı vaxtdı. Özün-özünlə söhbət etmək üçün.Hekayələr uydurmaq, xəyallar qurmaq, düşünmək, planlar qurmaq, arzulamaq, kədərlənmək, xatırlamaq, ölmək üçün ən yaxşı vaxtdı. Özünlə baş-başa qaldığın bir vaxt. Gecə qonaq gəlmək də yaxşıdı, qonaq olmaq, qonaq qəbul etmək də. Hər həftənin dördüncü (cümə) günü “Gec oldu” adlı podcast qonağınız olacaq.…

1.Gec oldu – Kədərin salamı var (I)
22.02.2017 · 5:30“Kədərin salamı var” – deyə səsləndi bir şair. Ardınca bir neçə saniyə səssizlik oldu. Elə bir səssizlik ki, kədərin özünü orda hiss edə biləsən. Elə bir səssizlik ki, ora bir sonsuzluq yerləşdirə biləsən. “Kədərin salamı var, deyir “gələcəm bu gecə onun ziyarətinə.”” Sonra yenidən səssizlik bürüdü aləmi, bürüdü ki, heç kim soyuqdan donmasın. Soyuq var…
Gözlə…